09:00 - 21:00

İş Saatları: Baz.Ert - Cüm.

0554448431

Dəstək Nömrəmiz

Facebook

Twitter

Search
 

SAT

Educamp.az > SAT

SAT testi nə deməkdir?

SAT testi — Scholastic Aptitude Test — ali məktəblərə daxil olmaq istəyən yuxarı sinif şagirdləri və abituriyentlər üçün imtahandır. Bu test abituriyentin kollec, yaxud universtitetə daxil olmaq üçün lazımi səviyyədə hazırlığının şəhadətnaməsidir. Məktəbimizdə SAT proqramını bitirən və yüksək nəticələr əldəedən tələbələr üçün gedəcəyi universitetlərdə qəbul şərtləri və təqaüd imkanları barəsində geniş konsultasiya verilir.

SAT (SAT Exam) testlərinin hansı formatları vardır?

SAT testi iki formada təqdim olunur: SAT General/ SAT Ümumi testi və SAT subject / predmetli-yönəldilmiş.

Subject SAT 5 kateqoriyaya bölünmüş 20 müxtəlif fənlər üzrə imtahan toplusudur:

1.English
2.Languages
3.History
4.Science
5.Mathematics

SAT Subject testininəhatə etdiyi fənlərin tam siyahısi ilə siz SAT Subject testləri saytının səhifəsində tanış ola bilərsiniz.

SAT General testinin strukturu. SAT General testi 3 bölmədən ibarətdir:

1. Reading bölməsi — burada mətn parçalarının başa düşülməsi və cümlənin məntiqi tamamlanması nəzərdə tutulur.
2. Writing bölməsi — bura qısa esse daxildir, tapşırıq olan cümlələrdə səhvlərin tapılması və həm qrammatik, həm də üslubi struktur səhvlərin aradan qaldırılmasıdır.
3. Math bölməsi — bura cəbrdən, həndəsədən, statistika və ehtimal nəzəriyyəsindən hesab üçün misal və məsələlər düşür.